Mədəniyyət Nazirliyinin əsas tərəfdaşlığı və “Social Innovation Lab (Sil.)” innovasiya mərkəzinin rəsmi təşkilatçılığı ilə yaradıcı və mədəniyyət sənayeləri üzrə beynəlxalq startap proqramı - “Creative Business Cup (CBC)”- ın Azərbaycan üzrə 2019-cu il üçün Milli mərhələsinə qəbul açıq elan edilir.
“Yeni Sabah” xəbər verir ki, proqramın açılış tədbiri 21 fevral saat 15:00-da, Holiday Inn otelinin “Baku 2” zalında keçiriləcək.
Proqram qəbul olunan startaplara və ideya müəlliflərinə geniş təkmilləşdirmə proqramı təklif edir. İnnovativ yaradıcı biznes ideyasına sahib olan sahibkar ruhlu hər bir şəxs - tələbə, sahibkar, startapçı, müəllim və digər iddiaçılar müraciət edə bilər. pizza sifarişi
Proqrama aşağıdakı sahələrdən istənilən birinə aid hərhansı innovativ layihə və ya startap ideyası ilə müraciət etmək mümkündür:
Musiqi, Film, Video & Fotoqrafiya, Sənətkarlıq, Rəssamlıq və Heykəltəraşlıq, Teatr, Ədəbiyyat və Nəşriyyat, Radio və Televiziya, Dizayn, Moda, Memarlıq, Reklam, Kompüter Oyunları və Elektronika, Oyuncaqlar və Oyunlar, 3D Çap, Proqram təminatı, Antik Bazarlar, Qastronomiya, Asudə Vaxt fəaliyyətləri.
"Creative Business Cup" 4 əsas mərhələdən ibarətdir:
Mərhələ 1: 2-günlük intensiv təlim kampı (Bootcamp) – 16-17 mart, 2019
Mərhələ 2: İntensiv pre-akselerasiyaproqramı – 17 mart-10 aprel, 2019
Mərhələ 3: Ölkə Finalı – 12 aprel, 2019
Mərhələ 4: "Dünya Finalı" – Kopenhagen, Danimarka, 29-30 iyun, 2019 (Dünya Finalistləri üçün Kamp), 1-2 iyul, 2019 (Dünya Finalı)
Müsabiqənin milli mərhələsi üzrə Azərbaycandan proqrama qəbul olunacaq 13 startap pre-akselerasiya proqramı çərçivəsində təkmilləşərək Danimarkada keçiriləcək qlobal final və aşağıdakı mükafatlar uğrunda yarışacaqlar:
-Birinci yerin qalibi: Dünya Finalında iştirak üçün bütün xərclərin sponsorluğu,
-İkinci, üçüncü yerlər və ən bəyənilən qadın sahibkar (startapçı) nominasiyalarının qaliblərinə dəyərli hədiyyələr.
CBC Qlobal Finalının mükafatları:
-Birinci yer: 7,000 avro,
-İkinci yer: 3,500 avro,
-Üçüncü yer: 1,500 avro,
-Əlavə olaraq 4 fərqli mövzu mükafatı (cəmi: 17,000 avro).
Son müraciət tarixi: 10 mart, 2019-cu il
Müraciət forması: https://platform.younoodle.com/competition/cbc_2019_azerbaijan
Telegram kanalımız