Cüdo üzrə Azərbaycan birinciliyinə yekun vurulub

saytların hazırlanması

Evə çatdırılma

Cüdo üzrə Azərbaycan birinciliyinə yekun vurulub

İdman

27 Aprel 2019 16:34 996


"Sərhədçi" Olimpiya İdman Mərkəzində 15 yaşadək yeniyetmə cüdoçular arasında keçirilən Azərbaycan birinciliyinə yekun vurulub. 

"Yeni Sabah" xəbər verir ki, yarışda respublikanın müxtəlif bölgələrindən olan 464 cüdoçu mübarizə aparıb.

Üç gün davam edən ölkə birinciliyində 66 klubun yetirməsi medallar uğrunda yarışıb. Daha yaxşı nəticə göstərən "Neftçi" İdman Klubu komanda hesabında 1-ci yeri tutub.  pizza

"UGİM - 13" klubu 2-ci, Zaqatala cüdoçuları 3-cü olub. Qalib və mükafatçılara medallar, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının diplomları təqdim edilib. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!