Cüdoçularımız medal qazana bilmədi

saytların hazırlanması

Evə çatdırılma

Cüdoçularımız medal qazana bilmədi

İdman

31 Avqust 2019 14:18 1102


Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatı davam edir.

“Yeni Sabah” xəbər verir ki, bu gün Azərbaycanın son 2 cüdoçusu fərdi yarışlara qoşulub.

İrina Kinderska və Uşangi Kokauri tatamiyə çıxıb. Lakin hər iki idmançı medalsız qalıb. Sezar pizza

Qadınlarda İrina Kinderska 78+ kiloqram çəki dərəcəsində 1/16 finalda mübarizəyə başlayıb. İdmançımız ardıcıl olaraq Tessi Savelkuls (Hollandiya) Şeyx Ruhu Nihelı (Tunis) məğlub edib. Lakin 1/4 finalda braziliyalı Maria Sulen Altemanla bacarmayıb. Kinderska təsəlliverici görüşdə digər braziliyalı Bitrayz Souza yenilərək, medal şansını itirib.

Kişilərdə 100+ kiloqram çəki dərəcəsində çıxış edən Uşangi Kokauri çempionatla erkən vidalaşıb. O, 1/32 finalda avstriyalı Ştefan Hegyiyə ipponla uduzub.

Qeyd edək ki, əvvəlki yarış günlərində 73 kq çəkidə Rüstəm Orucov gümüş, Hidayət Heydərov bürünc medal qazanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!