“Culfa” gömrük postunda nə baş verib? - DGK-dan açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Culfa” gömrük postunda nə baş verib? - DGK-dan açıqlama

Hadisə

06 Mart 2023 19:06 1027


“Culfa” gömrük postunda narkotik vasitə və psixotrop maddə aşkar edilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Yenisabah.az-a verilən məlumata görə, Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin əməkdaşları narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar.

“Culfa” gömrük postunda ölkə ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Türkiyə Respublikasına gedən “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsinin sürücüsü şəxsi yoxlamaya cəlb edilib. Bu zaman sürücünün üzərindən təmiz çəkisi 1.452 qram narkotik vasitə - marixuana, 3.066 qram psixotrop maddə - metamfetamin, 6.199 qram narkotik vasitə - həşiş qətranı aşkar edilib. Marqarita pizza

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!