Çumbinyo “Qarabağ“dan danışdı: “Keçmiş komandama inanıram“

saytların hazırlanması

Evə çatdırılma

Çumbinyo “Qarabağ“dan danışdı: “Keçmiş komandama inanıram“

İdman

04 Sentyabr 2019 20:28 890


Braziliyanın "Yuventude" klubunun futbolçusu Çumbinyo sabiq klubu "Qarabağ" haqda Brazilya mətbuatına açıqlama verib. 

"Yeni Sabah" xəbər verir ki, futbolçu Avroliqanın qrup mərhələsində "Qarabağ"ın şanslarını dəyərləndirib. Futbolçu keçmiş komandasına inandığını bildirib: "Qarabağ"ın Avropa təcrübəsi var. Komanda neçə illərdir ki, Avropa yarışlarında çıxış edir. Bu onun təcrübə toplaması baxımından vacib amildir. Bu il düşdükləri qrupa gəlincə, deyə bilərəm ki, olduqca çətin qrupdur. APOEL, "Sevilya" və "Düdelanj"la matçlar "Qarabağ"a asan olmayacaq. Çünki digər komandaların da Avropa təcrübəsi var. Lakin, "Qarabağ" mübarizə apara biləcək gücdədir, Əminəm ki, komanda sona qədər hər bir rəqiblə yaxşı mübarizə aparacaq. Keçmiş komandamın hədəfinə çatacağına inanıram".

Qeyd edək ki, Çumbinyo 2013-2015-ci illərdə "Qarabağ"da forma geyinib. pizza hut

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!