Məlum olduğu kimi, Azərbaycanın 16 bölgəsində iyul ayının 5-dən etibarən sərt karantin rejimi tətbiq olunub və bununla əlaqədar çimərliklərin istifadəsi də qadağan edilib. Belə olan halda insanların D vitamini qəbul etməsi çətinləşir. Adətən, xəstəliklərdən qounmaq üçün həkimlərin D vitaminini məsləhət görməsi isə hazırkı dövrdə narahatlığını daha da artırır. Çox adam hesab edir ki, D vitamininin çatışmaması növbəti aylarda əlavə xəstəliklərin yaranmaq riskini artırır. Maraqlıdır, insanların D vitamini qəbul edə bilməməsi payızda hansısa fəsadlara yol aça bilər? pizza sifarişi
Ekspert Vüsalə Rüstəm Yenisabah.az-a açıqlamasında bildirib ki, söylənilən fikrin əsası var, amma birmənalı demək olmaz ki, virusun tuğyan etdiyi hazırki vəziyyətdə hamı çölə çıxmalıdır: “D vitamını çatışmayanda orqanizmin immun sistemi, sinir sistemi zəifləyir, uşaqlarda raxit xəstəliyi, yaşlılarda oynaq xəstəliyi inkişaf edir . Günəş şüaları dəri üzərinə düşdükdə, əsasən, səhər saatları bu vitamin orqanizmdə hazırlanır. Hazırda insanlar gəzintilərini bu saatlarda etsələr, daha yaxşı olar. Amma mütəxəssislərin çoxu insanlara doğru yol göstərmirlər, birmənalı karantində qalmağın əleyhinə gedirlər. Bu fikir doğru deyil, çox sayda məsuliyyətsiz insan maskasız şəkildə ətrafına virus yayır.Virusa yoluxmuş insanlar çox acınacaqlı və əzablı ağciyər və bədən ağrıları ilə üz-üzə qalır. Ya həyatını itirir, ya da zədəli ağciyərlə yaşamağa məhkum olur. Ümid edirəm ki, virus uzun müddət davam gətirməyəcək.Yaranmış hər bir virus bir həddə qədər arta bilir və sonra sönən xətt üzrə gedir və yox olur. İnsanların üzərinə düşən iş özlərini qorumaqdır. Dünyada ən qiymətli nemət həyatımız və sağlamlığımızdır. Sağlamlığımıza biganə olmayaq”.
Telegram kanalımız