İtalyan İntibah ustası Leonardo da Vinçinin anası çərkəz olub.
Yenisabah.az “Avvenire”yə istinadla xəbər verir ki, bunu italyan yazıçısı və ədəbiyyat professoru Karlo Veççe iddia edib.
Veççe Florensiya Dövlət Arxivində Leonardonun anadan olmasından təxminən 6 ay sonra, 1452-ci ilin noyabrında imzalanmış bir qadının azad edilməsinə dair sənəd aşkarlayıb. Notariusda onun Yakov (Yakob) adlı çərkəz şahzadəsinin qızı olduğu qeyd olunub. Sənədi gələcək rəssamın atası notarius Pyero da Vinçi imzalayıb. pizza mizza
Katerina, alimin fikrincə, Florensiyaya Qafqazdan Venesiya vasitəsilə qul kimi gəlib. Toskana şəhərində o, toxucu kimi işləyir və muzdla ana südü verirmiş.
Veççenin kəşfi Leonardonun onun ilk övladı olmadığını deməyə əsas verir.
Müəllif “real hadisələrə əsaslanan sənədli fantastika” kimi xarakterizə etdiyi yeni kitabında Qafqaz şahzadəsinin hekayəsini inkişaf etdirib. Onun sözlərinə görə, o digər elmi sənədlərə və araşdırmalara əsaslanıb.
Karlo Veççe "L'Orientale Neapolitan" Universitetində italyan ədəbiyyatı professoru kimi çalışır və da Vinçi üzrə əsas mütəxəssis hesab olunur.
Telegram kanalımız