Dağlıq ərazilərdə qar yağıb - FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Dağlıq ərazilərdə qar yağıb - FAKTİKİ HAVA

Sosial

25 Yanvar 2025 10:04 165


Milli Hidrometeorologiya Xidməti yanvarın 25-i saat 9:00-a olan faktiki hava açıqlanıb.

Yenisabah.az xəbər verir ki, yanvarın 25-i saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin gecə saatlarında bəzi qərb rayonlarında arabir yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb.

Yağan qarın hündürlüyü Şahbuzda 5, Daşkəsəndə 1 sm-dir. Marqarita pizza

Sumqayıt, Qusar, Naftalan, Şəmkir, Qobustan, Yevlax, Zərdab, Sabirabadda duman müşahidə olunub. Dumanda görünüş 50-200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, Naxçıvan MR və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!