Dağüstü parkda özünü hündürlükdən atan qız xəstəxanaya yerləşdirildi

saytların hazırlanması

Evə çatdırılma

Dağüstü parkda özünü hündürlükdən atan qız xəstəxanaya yerləşdirildi

Hadisə

12 Aprel 2022 13:17 1170



Dağüstü parkda özünü hündürlükdən atan qız təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib.

Mərkəzin Mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, 1999-cu il təvəllüdlü gənc qız aprelin 11-də saat 11:15-də təcili olaraq KTM-in Reanimasiya şöbəsinə yerləşdirilib.

"Müayinələri aparılıb. Diaqnozu sağ bazu sümüyünün orta üçdə birinin yerdəyişən, sol bud sümüyünün aşağı üçdə birinin sınığı və bədənin müxtəlif nahiyələrində küt travmanın olması olub. Hazırda huşu aydındır, vəziyyəti isə ağır-stabil olaraq qalır", - məlumatda deyilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!