Daha 143 nəfərdə koronavirus aşkarlandı, 2 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Daha 143 nəfərdə koronavirus aşkarlandı, 2 nəfər öldü

Sağlamlıq

01 Sentyabr 2020 16:21 843


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 143 yeni yoluxma faktı qeydə alınıb, 130 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 36 578 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 977 nəfər müalicə olunaraq sağalıb, 536 nəfər vəfat edib, 2 065 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Sezar pizza

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 597, bu günə qədər isə ümumilikdə 928 666 test icra olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!