Daha 3 COVID-19 xəstəsi saxlanıldı: 1 nəfərə cinayət işi açıldı

saytların hazırlanması

Evə çatdırılma

Daha 3 COVID-19 xəstəsi saxlanıldı: 1 nəfərə cinayət işi açıldı

Maraqlı

07 May 2021 11:33 580


Daxili işlər orqanlarının əməkdaşları tərəfindən mayın 6-da respublika ərazisində 3 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) Yenisabah.az-a verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 1 nəfər barəsində cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir. Toyuqlu pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!