Daha 4 namizədin imza vərəqələri MSK-ya təqdim edildi 

saytların hazırlanması

Evə çatdırılma

Daha 4 namizədin imza vərəqələri MSK-ya təqdim edildi 

Siyasət

05 Yanvar 2024 09:28 781


Prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən daha 4 nəfərin imza vərəqələri Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunub. 

Yenisabah.az xəbər verir ki, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyevin imza vərəqələri tələb olunan sənədlərlə birlikdə MSK-ya təqdim edilib. 

Xatırladaq ki, bundan əvvəl hakim partiyanın namizədi Prezident İlham Əliyevin, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin imza vərəqələri seçki qurumuna təqdim olunmuşdu.  Sezar pizza

Qeyd edək ki, bu günədək 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!