Daha altı Azərbaycan vətəndaşı Suriyadan ölkəmizə gətirildi

saytların hazırlanması

Evə çatdırılma

Daha altı Azərbaycan vətəndaşı Suriyadan ölkəmizə gətirildi

Rəsmi

28 Sentyabr 2024 15:00 2049


Sentyabrın 18-də Suriya Ərəb Respublikasının ərazisində yerləşən düşərgələrdə saxlanılan, dördü uşaq, biri kişi, biri isə qadın olmaqla altı Azərbaycan vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) nümayəndələri həmin repatriantlarla görüşərək hüquqlarının təmini vəziyyətini araşdırıblar. pizza sifarişi

Repatriantlarla görüş zamanı onların ümumi vəziyyəti qiymətləndirilib, problemləri və ehtiyacları öyrənilib, hüquqlarının müdafiəsi ilə bağlı tövsiyələr verilib.

Görüş çərçivəsində, həmçinin, repatriantlara müvəkkilə müraciət imkanları barədə məlumat verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!