Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında (DÇ) daha bir güləşçimiz gərginlik yaradıb.
“Yeni Sabah” xəbər verir ki, 57 kq çəki dərəcəsində yarışan Mahir Əmiraslanov 1/16 final mərhələsində rusiyalı Zaur Uquyevlə görüşdə 3:4 hesabı ilə uduzduqdan sonra xalçanın üzərindən qalxmaq istəməyib. Əvvəlcə rəqibi ilə mübahisə edən sərbəst güləşçimiz hakimin qalibi elan etdiyi zaman əlini ona doğru uzatmayıb.
Nəticədə H.Əliyevin döyüşündəki yaşanan olay kimi yenə hakim qalibi tək elan etməli olub. Bildirək ki, Hacı Əliyev hakimin qərarına etiraz olaraq, hakimə doğru əlini uzatmayıb. Toyuqlu pizza
Qeyd edək ki, hər iki rusiyalı finala yüksələcəyi halda, Azərbaycan güləşçiləri təsəlliverici görüşə qatılmaq hüququ əldə edəcək.
Telegram kanalımız