Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında bu gün Cəbrayıl Həsənovdan sonra Şərif Şərifov da adını finala yazdırıb.
"Yeni Sabah" xəbər verir ki, Şərif Şərifov cənubi koreyalı Minvon Seu üzərində 11:4 hesablı qələbə qazanaraq, 1/8 finala çıxıb. Növbəti mərhələdə o, ukraynalı Valeri Andreytsevi 4:0 hesabı ilə yenib. Titullu güləşçinin 1/4 finaldakı rəqibi gürcüstanlı dünya və olimpiya mükafatçısı Elizbar Odikadze olub. Rəqibini 6:0 hesabı ilə yenən Şərifov yarımfinalda ABŞ-ın olimpiya və ikiqat dünya çempionu Kayl Deyki də üstələməyi bacarıb - 5:2.
Həlledici qarşılaşmada rəqib rusiyalı olimpiya, 3 qat dünya, 3 qat Avropa çempionu və Avropa Oyunlarının 2 qat qalibi Abdulrəşid Şadullayev olacaq. Toyuqlu pizza
Telegram kanalımız