Daha bir hərbçimizin şəhid xəbəri gəldi   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Daha bir hərbçimizin şəhid xəbəri gəldi - Foto

Maraqlı

27 Aprel 2021 15:36 1514


Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir hərbi qulluqçusunun nəşi tapılıb.

Yenisabah.az xəbər verir ki, döyüşlərin ilk günlərindən itkin düşən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE) Ələkbər Əlövsət oğlu Musayevin torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğu təsdiqlənib.

Şəhidin nəşi Cəlilabad rayonunun Mollalı kəndinə gətiriləcək və vida mərasimindən sonra kənd qəbiristanlığında torpağa tapşırılacaq. Pepperoni pizza

Qeyd edək ki, Ə.Musayev iyunun 16-da 1999-cu ildə Cəlilabad rayonunun Mollalı kəndində anadan olub. Vətən müharibəsinin ilk günlərində onunla əlaqə kəsilib və barəsində heç bir məlumat almaq mümkün olmayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!