Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatı davam edir.
“Yeni Sabah” xəbər verir ki, yarışlarada çıxış edən daha bir Azərbaycan idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Bu, sərbəst güləşçimiz Şərif Şərifovdur. 1/4 final mərhələsində gürcüstanlı dünya və olimpiya mükafatçısı Elizbar Odikadze üzərində qələbə qazanan pəhləvanımız yarımfinala yüksəlib. Bununla da ilk "6-lıq"dakı yerini təmin edən güləşçimiz lisenziya normasını doldurub və Yay Olimpiya Oyunlarına getmək hüququ qazanıb. pizza hut
Qeyd edək ki, Şərif Şərifov Azərbaycanın lisenziya qazanan 5-ci idmançısı olub.

Telegram kanalımız