Daha bir karateçi Avropa oyunlarında mübarizə aparacaq

saytların hazırlanması

Evə çatdırılma

Daha bir karateçi Avropa oyunlarında mübarizə aparacaq

İdman

27 Aprel 2019 17:41 945


21-30 iyun tarixlərində Belarusun paytaxtı Minskdə 2-ci Avropa Oyunlarında Azərbaycandan daha bir karateçi iştirak edəcək.

“Yeni Sabah” xəbər verir ki, Avropa Karate Federasiyasının (EKF) oyunlarla bağlı xüsusi göstəricilərə əsasən qərarı ilə Rafiz Həsənov (-67 kq) öz çəki dərəcəsində mübarizə aparacaq 8 idmançı arasına daxil edilib. 

Beləliklə 50 ölkədən 4000-dən artıq idmançının 15 növ üzrə mübarizə aparacağı 2-ci Avropa Oyunlarına 7 karateçimiz qatılacaq. Azərbaycanı Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov (-67 kq), Rafael Ağayev (-75 kq), Asiman Qurbanlı (+84 kq) və Roman Heydərov (kata), eləcə də Nuranə Əliyeva (-50 kq) və İrina Zaretska (-68 kq) təmsil edəcək. Pepperoni pizza

Qeyd edək ki, 2-ci Avropa Oyunlarının karate yarışları 29-30 iyun tarixlərində Minskin Çijovka-Arena kompleksində keçiriləcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!