Daha bir kəndə AYI HÜCUMU - Mal-qara tələf oldu   +  VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Daha bir kəndə AYI HÜCUMU - Mal-qara tələf oldu + VİDEO

Hadisə

23 Sentyabr 2025 14:55 438


Qubanın Qımılqazma kəndində ayıların hücumu nəticəsində sakinlərə ciddi ziyan dəyib.

Yenisabah.az xəbər verir ki, bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, hadisə dünən axşam saatlarında baş verib. Toyuqlu pizza

Sakinlərin sözlərinə görə, ayılar kəndə daxil olaraq təsərrüfata hücum edib. Nəticədə 20 baş heyvan tələf olub, bir neçə bağ və bostan sahəsinə də zərər dəyib.

Kənd camaatı bildirir ki, bu, son aylarda baş verən ilk belə hadisə deyil. Onlar aidiyyəti qurumlardan məsələ ilə bağlı tədbir görülməsini istəyirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!