Metronun "28 May" stansiyasını Sabunçu qəsəbəsi (68 nömrəli tam orta məktəb) ilə əlaqələndirən 49 nömrəli müntəzəm marşrut üzrə keçirilən müsabiqənin nəticəsinə əsasən, martın 9-dan "BakuBus" MMC xəttin istismarını həyata keçirəcək.
"Yeni Sabah" xəbər verir ki, marşrut xəttində 30 böyüktutumlu avtobus 5-6 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərəcək.
Avtobuslarda ödəniş nağdsız qaydadadır. Toyuqlu pizza
Gedişhaqqı 60 qəpik müəyyən edilib.
Telegram kanalımız