Təhsil Nazirliyinin araşdırması nəticəsində Xəzər rayon Mərdəkan qəsəbəsi H.Tağıyev adına 123 saylı məktəbin direktoru işdən uzaqlaşdırılıb.
Bu barədə sosial şəbəkədə məlumat yayılıb. Məlumatda bildirilir:
“Təhsil Nazirliyi Bakıdakı 123 saylı məktəbdə apardığı xüsusi araşdırma nəticəsində direktor işdən qovularaq, direktor müavininə şiddətli töhmət verilib”. Toyuqlu pizza
Qeyd edək ki, bu il fevralın 21-də 123 saylı orta məktəbin stadionunda futbol oynayan XI b sinif şagirdi Lətifov İlkin Mehman oğluna sinif yoldaşları xəsarət yetirib. Şagird qapalı kəllə-beyin travması diaqnozu ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Martın 15-də şagird vəfat edib.
Telegram kanalımız