Əfsanəvi futbolçu Samuel Eto’o futbolçu karyerasını başa vurub.
“Yeni Sabah” xəbər verir ki, bu barədə hücumçu “İnstagram” səhifəsində paylaşım edib: “Bu, bir sondur. Qarşıda yeni mərhələlər var. Hər kəsə təşəkkür”.
Çempionlar Liqasının üçqat qalibi olan 38 yaşlı kamerunlu futbolçu “Real” (İspaniya), “Malyorka” (İspaniya), “Barselona” (İspaniya), “İnter” (İtaliya), “Anji” (Rusiya), “Çelsi” (İngiltərə), “Everton” (İngiltərə), “Sampdoriya” (İtaliya), “Antalyaspor” (Türkiyə) və “Konyaspor”da (Türkiyə) forma geyinib. Onun son klubu isə “Qətər” (Qətər) olub. Dominos pizza
Eto’o dörd dəfə Afrikanın ən yaxşı futbolçusu seçilib. O, ölkəsində millinin ən yaxşı hücumçusu hesab olunur. Sabiq futbolçu karyerası boyunca çıxdığı 718 matçda 359 qola imza atıb, 116 məhsuldar ötürmə müəllifi olub.
Telegram kanalımız