“Daha bir neçə siyasi partiya bağlanacaq, ReAl isə...”

saytların hazırlanması

Evə çatdırılma

“Daha bir neçə siyasi partiya bağlanacaq, ReAl isə...”

Siyasət

23 May 2023 16:35 1335


“5 min üzv toplamaqla bağlı proses zəif yox, əksinə, orqanik qaydada gedir. Biz üzv yığırıq, qohumları, dost-tanışı partiyamıza yazmırıq. Bunu istəmirik”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında Respublikaçı Alternativ Partiyasının (ReAl) icraçı katibi Natiq Cəfərli deyib. 

O, partiya sədri İlqar Məmmədovun 5 min üzvlə bağlı səsləndirdiyi fikirlərə toxunub.  pizza hut

Xatırladaq ki, ReAl sədri açıqlamasında bildirmişdi ki, artıq 4 min üzvün imzası toplanıb.

“İlqar bəyin açıqlamasında da var ki, 4 min ərizə artıq daxil olub, amma əllərdə də var. Bu gün məlumat aldım ki, regionlardakı nümayəndəliklərimizin hər birində 150-200 imza mövcuddur. Bunları da toplasaq, yaxın 10 gündə, hətta tam mayın sonuna qədər bu proses artıqlaması ilə yekunlaşacaq. Biz bu işə ciddi yanaşırıq. Çünki formal xarakterli üzv toplamaqdansa, əsl üzvlərin toplanmasına çalışdıq. Biz bu gün əsl tərəfdaşları bir araya gətirməklə məşğuluq”, – o, qeyd edib.

N.Cəfərliyə görə, ReAl-ın özünü buraxmaq ehtimalı yoxdur:

“Çünki biz təməldən elə bir partiya qurmuşuq ki, daha çox liderlərə bağlı deyil, tam tərsi, ideya partiyasıdır. Yeri gəlmişkən, YAP-ın saytından başqa bir tək ReAl-ın platforma sayı mövcuddur. Bu günə qədər biz o saytda bütün təkliflərimizi və siyasi sənədlərimizi yerləşdirmişik”. 

Müsahibimiz əlavə edib ki, o, digər partiyaların yalnız liderdən ibarət olduğu görüb:

“Çox təəssüf ki, Azərbaycanda ideoloji platformalı partiyalar yoxdur. Çox zaman bir sədr və onun ətrafı olur. O partiyalar da öz gücünü test etdilər, və yeni qanunun tələblərini yerinə yetirməkdə problem yaşadıqlarını gördülər. Ona görə də bu partiyalar bağlandı. Fikrimcə, bu proses davam edəcək və ölkədə daha bir neçə partiyanın bağlanması ehtimalı çoxdur”.

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!