Daha bir ölkədən skandal qərar - Quranı yenidən yazacaqlar

saytların hazırlanması

Evə çatdırılma

Daha bir ölkədən skandal qərar - Quranı yenidən yazacaqlar

Dünya

25 Dekabr 2019 13:53 1128


Çin daha bir qalmaqallı qərarla gündəmə gəlib.

“Yeni Sabah” xarici KİV-ə  istinadən xəbər verir ki, Şi Cinping rəhbərliyi Quran, İncil və Buddist Sutrasının Maoist Çin Kommunist Partiyasının ideologiyasına görə yenidən yazılmasına qərar verib.

Bir müddət əvvəl Çin Kommunist Partiyasının daimi üzvü və Baş nazirin müavini Vang Yanqın rəhbərliyi ilə ölkənin dini qruplarının nümayəndələrinin dəvət edildiyi bir simpoziumda çıxış edərək ölkədəki dinlərin Çin mədəniyyətinə və Kommunist Partiyasının doktrinalarına uyğun olaraq şərh edilməli olduğunu bildirib. Sezar pizza

Bildirilir ki, Çin Kommunist Partiyası xarici ölkələrin təsirindən asılı olmayaraq, Maoist ideologiyasına bağlı olan bir həyat modelini yaratmağı hədəfləyir. Bunun üçün isə onlar xarici ölkələrin "müdaxilə səbəbi" olaraq gördükləri dinləri Çinə uyğunlaşdırmaq istəyirlər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!