Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
"Yeni Sabah" xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.
Hərəkətdə olan “Passat Tuareg” markalı minik maşını yolu süpürən yaşlı qadını vurub. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Hazırda piyadanın kimliyi dəqiqləşdirilir. pizza sifarişi
Faktla bağlı araşdırma aparılır. /APA
Telegram kanalımız