Daha bir təyyarə Bakıya təcili eniş etdi

saytların hazırlanması

Evə çatdırılma

Daha bir təyyarə Bakıya təcili eniş etdi

Hadisə

17 Oktyabr 2025 23:22 220


17 oktyabr tarixində “LOT Polish Airlines” aviaşirkətinə məxsus, Varşava–Daşkənd marşrutu üzrə hərəkət edən Boeing 737 tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib. Buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətində yaranmış problem olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.

Bildirilib ki, hava gəmisinin enişi yerli vaxtla saat 22:25-də təhlükəsiz şəkildə həyata keçirilib. Dominos pizza

Sərnişinə tibbi heyət tərəfindən dərhal zəruri ilkin tibbi yardım göstərilib.

Heydər Əliyev Beynəlxalq Aeroportu hər zaman beynəlxalq hava nəqliyyatı standartlarına uyğun şəkildə fəaliyyət göstərərək, fövqəladə hallarda operativ reaksiya, təhlükəsizlik və insan amilini əsas prioritet kimi qiymətləndirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!