Daha bir universitetdə rektor-müəllim qalmaqalı – Prezidentə müraciət edildi

saytların hazırlanması

Evə çatdırılma

Daha bir universitetdə rektor-müəllim qalmaqalı – Prezidentə müraciət edildi

Sosial

03 Aprel 2019 17:02 1895


Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Hüseynov Vidadi Fərzəli oğlu ilə bağlı prezidentə müraciət edilib.

“Yeni Sabah”ın məlumatına görə, iddia edilir ki, heç bir səbəb göstərilmədən, 07.02.2017-ci il tarixində başqa işə keçiriləcəyini vəd verməklə ondan ərizə alan rektor Cəfər Cəfərov iki ildən artıq bir müddət ərzində Vidadi Hüseynovu işsiz qoyub. Müraciətdə qeyd olunub ki, iki ildən çoxdur, işsiz qalan Vidadi müəllimin ailə vəziyyəti olduqca ağırdır:

“5 nəfər ailə üzvündən iki övladı ali məktəb tələbəsidir, biri isə orta məktəbdə təhsil alır. Həyat yoldaşı səhhətində olan problemlər səbəbindən işləmir. Haqqında söz açdığımız ziyalı Hüseynov Vidadi Fərzəli oğlu haqqında verdiyimiz məlumatlar tam dürüstdür. Heç bir səbəb göstərilmədən işindən uzaqlaşdırılmış bir şəxsə qarşı münasibəti başqa çür qiymətləndirmək mümkün deyil. Təhsil Nazirliyinin məlumatında vakant yer göstərilsə də, rektor Cəfər Cəfərov güzəştə getmək istəmir. İsrarla bildirir ki, getsin Lerikdə işləsin. Məhz bu səbəbdən sizə müraciət etməyə qərar vermişik. Azərbaycan Dövlət Pedaqoji Universitetindəki qeyri-normal vəziyyətin obyektiv şəkildə araşdırılması ilə bağlı göstəriş verməyinizi xahiş edirik”. Dördpendirli pizza

Qeyd edək ki, Təhsil Nazirliyindən V.Hüseynova verilən cavaba görə, müəllimin işlə təmini məsələsinə baxılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!