Daha bir yeniyetməni döyüb, “TikTok”da paylaşdılar – VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Daha bir yeniyetməni döyüb, “TikTok”da paylaşdılar – VİDEO

Hadisə

30 Aprel 2022 09:45 531


Son dövrlərdə sosial platformalar içərisində ən çox istifadə edilənlər sırasında ilk pillələrə yüksələn “TikTok” sosial şəbəkəsidir. Təəssüf doğuran məsələ isə ondan ibarətdir ki, Azərbaycanda əksər istifadəçilər bu şəbəkədən düzgün istifadə etmədiyi üçün bir sıra ciddi problemlərlə üzləşirlər.
 

Elə onlardan biri də gənclərin sosial şəbəkə üzərindən bir-birini təhqir etməsi, ictimaiyyətə yönələn alçaldıcı və təhqiramiz ifadələrdir. Hətta artıq son üç gün ərzində “TikTok”da yeniyetmə oğlanların bir-birini alçaldaraq videoya çəkməsi ilə bağlı hüquq-mühafizə orqanları da hərəkətə keçib.

Ötən gün “TikTok”da eyni məzmunlu daha bir video paylaşılıb.

Videoda bir neçə yeniyetmə həmyaşıdları olan oğlanın qolunu arxadan bağlayaraq, təhqir etdikləri görünür. Oğlanın üz-gözündən, paltarlarından döyüldüyü aydın görünür. Sezar pizza

Mobil telefonla çəkilən görüntülər sosial şəbəkəyə yüklənib və sürətlə yayılıb.

Hadisənin hansı ərazidə baş verdiyi hələlik məlum deyil.

Qeyd edək ki, sözügedən video daha sonra paylaşım sahibi tərəfindən silinib.

Həmin görüntünü təqdim edirik:

Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!