“Daha Moskvaya arxalana bilmərik” - Paşinyan

saytların hazırlanması

Evə çatdırılma

“Daha Moskvaya arxalana bilmərik” - Paşinyan

Rəsmi

13 Sentyabr 2023 16:54 931


“Ermənistan daha öz təhlükəsizliyi üçün Moskvaya arxalana bilməz”.

Yenisabah.az Politico-ya istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, əsas səbəb Ukraynadakı müharibədir: “Bu müharibə  Rusiyanın imkanlarına təsir göstərdi”. Sezar pizza

N. Paşinyan etiraf edib ki, həm Azərbaycan, həm də Türkiyə Rusiya üçün strateji əhəmiyyət daşıyan ölkələrdir: “Ona görə də Kreml bu dövlətləri özündən uzaqlaşdırmamağa çalışır. Biz isə müstəqil, suveren olmaq istəyirik”.

Hökumət başçısı Qarabağda yerləşdirilən Rusiya sülhməramlarını öhdəliklərini yerinə yetirməməkdə ittiham edib: “Onlar öz missiyalarını icra edə bilmir. Hərçənd Qarabağda sülhməramlılar olmasa idi, vəziyyətin necə inkişaf edəcəyini deyə bilmirəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!