Dairəvi yolda ağır qəza

saytların hazırlanması

Evə çatdırılma

Dairəvi yolda ağır qəza

Kriminal

21 İyun 2019 17:08 1282


Bakıda yol qəzası baş verib. Hadisə paytaxtın Yasamal rayonu ərazisində, Bakı Dairəvi-1 avtomobil yolunda qeydə alınıb.

Biləcəri qəsəbəsi istiqamətində hərəkətdə olan "Hyundai" markalı avtomobil yüksək sürətlə gəldiyindən idarəetməni itirərək qarşıda eyni istiqamətdə hərəkətdə olan 90 HE 852 dövlət nömrə nişanlı "Mitsubishi Pajero"ya çırpılıb.

Zərbənin təsirindən yoldan çıxan "Mitsubishi Pajero" kənardakı dəmir sürahini və işıq dirəyini qıraraq aşıb. Toyuqlu pizza

Hadisə nəticəsində xəsarət alanın olub-olmadığı məlum deyil. Qəzaya görə yolda uzun tıxac yaranıb.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!