Dana dili haqda maraqlı məlumat

Dana dili haqda maraqlı məlumat

Sağlamlıq Saytların hazırlanması

18 Noyabr 2022 11:26 3779


Qurbanlıq kimi seçilən heyvanların bir çox fərqli hissələri yeyilir. Bunların arasında maraqlılarından biri də dana dilidir.

Bəs dana dilini yeməyin faydaları nələrdir?

Yenisabah.az bu mövzu ilə bağlı maraq doğuran məlumatları təqdim edir:

Dana dili çox dadlı bir qida olmaqla yanaşı, bir çox  faydası ilə də ön plana çıxır.

1. Əhəmiyyətli miqdarda kollagen ehtiva edir və dərinin sağlamlığını qoruyur.

2. Tərkibində çox vacib vitamin və mineral mənbələri var.

3. Gün ərzində yediyimiz qidalara gücləndirici təsir göstərir.

4. Mədə və bağırsaqların sağlam işləməsini təmin edir.

5. Qəbizliyin və digər bağırsaq problemlərinin qarşısını alır.

6. Hüceyrə regenerasiyasını dəstəkləyir.

7.  Şişlərin və buna bənzər ciddi xəstəliklərin qarşısını alır.

Dana dilini necə bişirmək olar?

Lazım olanlar:

Dana dili (250 qram)

Su (1 litr)

Duz (istəyə görə)

İstiot

250 qram dana dili yuyulub ətin yarısına çatacaq qədər su əlavə edilərək duz, istiotla birlikdə 50 dəqiqə vam odda bişirilir. Bişdikdən sonra qalan suyu şorbalarda bulyon kimi istifadə edə bilərsiniz.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!