“Davosda Azərbaycana xüsusi diqqət İlham Əliyevin şəxsiyyətinə hörmətin və rəğbətin  göstəricisidir”

saytların hazırlanması

Evə çatdırılma

“Davosda Azərbaycana xüsusi diqqət İlham Əliyevin şəxsiyyətinə hörmətin və rəğbətin  göstəricisidir”

Siyasət

22 Yanvar 2023 00:12 685


“Azərbaycanın nüfuzunun, iqtisadi gücünün təqdimatında əhəmiyyətli rol oynayan Davos Dünya İqtisadi Forumunun sayca 53-cü toplantısı başa çatdı. Hər bir tədbirini dövrün reallıqlarına, çağırışlarına həsr edən Forumun builki mövzusu "Parçalanmış dünyada əməkdaşlıq" oldu. Adından da göründüyü kimi, hazırkı dövrdə, yəni,  beynəlxalq münasibətlərdə yeniliklərin baş verdiyi, qütbləşmə prosesinin dərinləşdiyi bir zamanda yeni əməkdaşlıq formatlarının yaradılmasına, dünyada, o cümlədən  regionda sülhün, təhlükəsizliyin, sabitliyin daha da möhkəmləndirilməsinə böyük zərurət duyulduğu özünü aydın şəkildə büruzə verir. Dünyanın 130-dan artıq  ölkəsindən ümumilikdə 2700-dən çox nüfuzlu şəxsin, o cümlədən 52 dövlət və hökumət başçısının Forumda iştirakı da özündə bir çox  məqamları ehtiva edir. 

Məlumdur ki, hər bir beynəlxalq tədbirin əhəmiyyətini şərtləndirən amillər sırasında onun keçirildiyi məkanla yanaşı, eyni zamanda, əhatə etdiyi mövzu və iştirakçıların say tərkibi də  xüsusi yer tutur. Bu baxımdan xüsusi qeyd etmək istərdim ki, Davos Dünya İqtisadi Forumuna Prezident İlham Əliyevin növbəti dəfə dəvət olunması və burada keçirdiyi biri-birindən əhəmiyyətli görüşlər dövlətimizin başçısının beynəlxalq aləmdəki yüksək nüfuzunun daha bir göstəricisidir.  Bunu Azərbaycanın dövlət başçısının Forum çərçivəsində keçirdiyi çoxsaylı görüşlər, eyni zamanda,  “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında iştirakı, Ona ünvanlanan  sualları tam dolğunluğu ilə cavablandırması,  Çinin CGTN televiziya kanalına müsahibəsi və sair kimi biri-birindən mühüm məqamlar  bir daha təsdiqləyir”.

Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında söyləyib. Pepperoni pizza

Vüqar Rəhimzadə bildirib ki, sadalanan mühüm hadisələr bir tərəfdən Prezident İlham Əliyevin şəxsiyyətinə dərin hörmətin və rəğbətin göstəricisi, digər tərəfdən isə ölkəmizdə sabitliyin, normal biznes mühitinin mövcudluğu fonunda əməkdaşlığın inkişafı üçün geniş imkanların təqdimatıdır.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Prezident İlham Əliyev Forum çərçivəsində keçirilən görüşlərdə Cənubi Qafqaz  regionunda vəziyyət haqqında ətraflı məlumat verdi: “Xüsusilə bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi məqsədilə  Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, bu məsələdə işğalçı dövlətin destruktiv mövqeyi, ölkəmizlə sülh müqaviləsini imzalamamaq  üçün müxtəlif əsassız bəhanələr gətirməsi, danışıqlar prosesindən yayınmaq cəhdləri geniş müzakirə mövzusu oldu. Dövlət başçısı  İlham Əliyev keçirdiyi bütün görüşlərdə Laçın-Xankəndi  yolu ətrafında yaranmış vəziyyət, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərimizin talan edilməsinə qarşı azərbaycanlı ekofəalların burada davam edən etiraz aksiyasından geniş bəhs etdi.  Bu aksiyanın legitim əsaslara söykəndiyi vurğulandı. Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində kriminal qruplaşmaların mövcudluğu, Laçın yolundan uzun müddət minaların daşınması üçün istifadə edildiyi  əsaslı şəkildə diqqətə çatdırıldı".

Diqqəti dövlət başçısı İlham Əliyevin Çinin CGTN televiziya kanalına müsahibəsinə yönəldən Vüqar Rəhimzadə onu da bildirib ki, ölkə Prezidenti hazırkı dövrdə dünyada əməkdaşlığı çətinləşdirən məqamları qeyd etdi: “Bildirildi ki, bəzi dövlətlərin ambisiyaları, dünyada, o cümlədən  regionda liderlik uğrunda aparılan mübarizə beynəlxalq münasibətlərdə etimadsızlığa, gərginliyə və hətta ayrı-ayrı ölkələr arasında  müharibələrə gətirib çıxarır. Azərbaycanın  siyasəti hər zaman, sözün əsl mənasında, əməkdaşlığa əsaslanıb. Çünki yalnız əməkdaşlıq sayəsində uğur qazana bilərik. Əsas çağırış məhz müxtəlif qütblər arasında əməkdaşlığın, birliyin, həmrəyliyin yaradılmasıdır".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!