Razi Nurullayevdən dəbdəbəli toyla bağlı yeni açıqlama:   “Gözlərindən tökdünüz”

saytların hazırlanması

Evə çatdırılma

Razi Nurullayevdən dəbdəbəli toyla bağlı yeni açıqlama: “Gözlərindən tökdünüz”

Sosial

09 Yanvar 2026 16:24 2104


“Qardaşım oğlu başqa ölkə vətəndaşı, qohum olduğu ailə başqa ölkə vətəndaşıdır. Qərar verib 50 nəfərlik toy ediblər. Mən parlamentdə toylarda israfçılıq və yüksək səs əleyhinə çıxış etmişəm və bu gün də mövqeyimdə qalıram. Qardaşım oğlunun toyunda nə israfçılıq olub, nə də yüksək səs”.

“Yeni Sabah” xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev deyib.

O, qardaşı oğlunun toyu ilə bağlı səsləndirilən fikirlərə sərt münasibət bildirib: Sezar pizza

“Digər tərəfdən, qardaşım oğluna görə məsuliyyət daşımıram. Görəsən kim  öz qardaş-bacılarına görə, əmisioğlu, dayısıoğlu, xalaoğlu, bibioğlu və sairə və sairə üçün məsuliyyət daşıyır? 

Bizim qanunlarımızda qohumlara görə ictimai xadimə, vəzifəli şəxsə, ziyalıya məsuliyyət varmı?

Başqa sözlə, gənclərin toyu olub, xöşbəxt olmaq istəyirlər. 25-30 il toy arzusu ilə yaşayıblar və hər kəs kimi həddi-büluğa çatıb evləniblər. Toy edənlərə “xoşbəxt olun”, “Allah mübarək eləsin”, “oğullu-qızlı olun” deyərlər. Siz nə deyirsiniz? Biriniz ucuz reytinq xatirinə, biriniz baxış sayına, biriniz paxıllıqdan, biriniz qərəzdən, biriniz özünüzün həyatın bütün mərhələlərində uğursuz olduğunuzdan nifrət və qərəz püskürürsünüz.

Onlar xoşbəxt olmaq üçün toy ediblər. Toyu da gözlərindən tökdünüz. Heç vicdan əzabı çəkirsiniz? Heç olmasa Allahdan qorxun ki, o da sizlərə xoş gününüzdə əzab yaşatmasın”.

Qeyd edək ki, Şahin Nurullayev Günel adlı xanımla ailə həyatı qurub. Toy Dubayın məşhur “Ritz-Carlton” otelində keçirilib. Mərasimi aparıcı Nanə Ağamalıyeva idarə edib. Xalq artisti Aygün Kazımova isə çıxışı ilə qonaqları sevindirib.

Xatırladaq ki, Şahinin atası Hasil Nurullayev tikinti maqnatıdır.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Şahin
    Hörmətli Razi bbəy, sayın vəkilimiz. dediğiniz kimi tohumlarınız zəhməti ilə bizness qurub qazanıb istədiyi kimi də ihtiyaçlarına xərcləməlidir. inanırım ki elə insanlar sosyal yönümlü işlərdədə aktifdir və toyları da onlara helaldir. boş işi olmayanların gözü onun bunun ardında olanlardan day nə gözləntiniz var onlardan boşboğazdıqdan artıq iş gözləməyin. deputatlıq işinizdə dövlətçiliyimizə gətirə biləcəyiniz işinizdə uğurlar arzulayıram.
    4 months ago