“Dedilər ki, Kübranın gözü doymur“ - Aktrisa

saytların hazırlanması

Evə çatdırılma

“Dedilər ki, Kübranın gözü doymur“ - Aktrisa

Şou

27 İyul 2022 19:37 1284


"Elgiz Əkbərin Pirallahıda yerləşən bağına getdim. Dedim ki, Pirallahıda torpaq istəyirəm. İstədim və dedim ki, versələr alaram, yaşayaram. İnanın haqqımda nələr yazdılar. Dedilər ki, "Kübranın gözü doymur". 

Yenisabah.az bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Kübra Əliyeva qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişdə deyib. 

Aktrisa Pirallahıda torpaq istəməsini tənqidlə qarşılayan sosial şəbəkə əhlinə sərt mesaj yollayıb.   Marqarita pizza

"Jurnalist dostum səs atıb ki, "Gəl, bu camaata cavab ver. Bu nədir? Sizə yaraşmaz". Heç cavab vermədim. Onların səviyyəsinə enmək lazım deyil. Bu dəqiqə heç mənim öz evim yoxdur. Evimi bağışlamışam qızıma və orada da yaşayıram. Dünyada köçəndən sonra o ev qızımındır. Heç nə istəmirəm". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!