“Dedim ki, qaz iyi gəlir, nəsə olacaq” - İçərişəhərdə partlayışda yaralanan şəxs - Video

saytların hazırlanması

Evə çatdırılma

“Dedim ki, qaz iyi gəlir, nəsə olacaq” - İçərişəhərdə partlayışda yaralanan şəxs - Video

Hadisə

07 Fevral 2020 17:15 1348


Xəbər verdiyimiz kimi, İçərişəhərdə İlyas Əfəndiyev 10 ünvanında yaşayış evlərinin birində partlayış baş verməsi nəticəsində 5 nəfər xəsarət alıb.

"Yeni Sabah" xəbər verir ki, yaralananlardan biri – ev sahibi Ceyhun İsmayılov insidentin baş verməsindən danışıb:

“Günorta vaxtı idi, yatmışdım. Yoldaşım mətbəxdə yemək bişirirdi. Səsə oyandım. Durub gördüm ki, aləm dəyib bir-birinə. Qaz sızmasından olub. Qaz sızması qonşuluqdakı evdə baş verib. Yeni tikilidir, orada qalan yoxdur”.   Marqarita pizza

İsmayılov daha sonra “Dünən axşam evdə dedim ki, qaz iyi gəlir, nəsə olacaq. Elə bil, ürəyimə dammışdı”, - deyə əlavə edib.

Qeyd edək ki, hadisə nəticəsində ev sahibinin atası, 77 yaşlı Vaqif İsmayılovla nəvələri - 14 yaşlı Rəvan və 18 yaşlı Fərid, ev sahibi Ceyhun İsmayılovun həyat yoldaşı Səidə İsmayılova xəstəxanaya aparılıblar. Xəsarət alan ev sahibinə isə hadisə yerində yardım göstərilib. /Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!