Qondarma “erməni soyqırımı” iddiaları yenidən gündəmi zəbt edir. ABŞ prezidenti Co Baydenin bu ifadəni işlətməsi 1915-ci ildə ermənilərin həyata keçirdiyi qətliamların ört-basdır edilmə cəhdi kimi qiymətləndirilə bilər.
Yenisabah.az xəbər verir ki, 1915-ci ildə ermənilərə qarşı “soyqırımı”nın törədilməsi iddiasının cəfəng olduğunu sübut edən faktlardan biri elə onların həmin ildə Ərdahan qətliamını törətməsidir. Ərdahan Universitetinin şöbə müdiri vəzifəsində çalışan Nurəddin Böyükbaş Ərdahan qətliamı ilə bağlı hazırladığı sənədli film dövrün qaranlıq məqamlarına işıq tutur. O, filmdə ermənilərin törətdiyi vəhşiliyin 1915-ci ildə pik həddə çatdığını vurğulayır.
Ermənilərin türklərə qarşı necə qırğınlar törətdiyini bilməyin vacibliyini qeyd edən Böyükbaş qətliamda 370 nəfərin Ərəb məscidinə doldurulararaq diri-diri yandırılmasına diqqət çəkir: pizza hut
“Qars və ətrafı 1877-ci ildə ruslar tərəfindən işğal edildi. Bu işğal ilə Qars 40 il rusların hakimiyyəti altında qaldı. Bir çox yerdə həmin bölgədə çoxluq təşkil edən ermənilərlə əlbir olub 3 ay ərzində bütün məscidləri, türbələri və tarixi əsərləri məhv etdilər. Onlar müsəlman xalqına qarşı dəhşətli qırğınlar törətdilər. Rus və erməni qoşunları məscidə təxminən 300-370 nəfəri toplayaraq qapıları bağladılar. Məscidin hər tərəfini tez alışsın deyə otla örtdülər. Yüzlərlə insan diri-diri yandırıldı. Yəni əsl qətliam türklərə qarşı edilib”.
Telegram kanalımız