Dəhşətli qəzada ağır yaralananlardan biri əsgər olub - Video

saytların hazırlanması

Evə çatdırılma

Dəhşətli qəzada ağır yaralananlardan biri əsgər olub - Video

Hadisə

02 İyun 2024 15:03 779


İsmayıllıda minik avtomobilinin yük maşınına çırpılması nəticəsində iki qardaşdan birinin ölməsi və digərinin isə yaralanmasının təfərrüatı məlum olub.

Belə ki, yaralananlardan biri olan 2005-ci il təvəllüdlü Nurlan Dəmirov Azər oğlu hərbi xidmətdən məzuniyyətə buraxılıbmış.

Qeyd edək ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki yolunun İsmayıllı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Dördpendirli pizza

Belə ki, VAZ markalı minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində, 2000-ci il təvəllüdlü Abuzər Azər oğlu Dəmirov aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Onun qardaşı, 2005-ci il təvəllüdlü Nurlan Azər oğlu Dəmirov və 1989-cu il təvəllüdlü Müşfiq Rza oğlu Abbasov isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı İctimai TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!