Dələduz sürücü saxlanıldı: Vətəndaşların 54 minini ələ keçirmişdi

saytların hazırlanması

Evə çatdırılma

Dələduz sürücü saxlanıldı: Vətəndaşların 54 minini ələ keçirmişdi

Kriminal

29 Dekabr 2022 13:32 918


Şirvanda vətəndaşların 54 min manatını ələ keçirməkdə şübhəli bilinən İqbal Mikayılovun sürücüsü Samir Qasımov saxlanılıb. 

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru polis kapitanı Nizam Həmidov deyib.

O bildirib ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı narkotiklərin qanunsuz dövriyyəsində və satışında şübhəli bilinən şəhər sakini Samir Qasımov tutulub. Onun üzərinə keçirilən baxış zamanı narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb. pizza

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Şirvan şəhər sakini İqbal Mikayılov dekabrın 28-də polis əməkdaşları tərəfindən saxlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!