Delyaqin Azərbaycan xalqından üzr istədi

saytların hazırlanması

Evə çatdırılma

Delyaqin Azərbaycan xalqından üzr istədi

Siyasət

29 Mart 2022 17:52 620


Rusiya Dumasının deputatı Mixail Delyaqin Azərbaycan xalqından üzr istəyib.

Yenisabah.az xəbər verir ki, yerli telekanallardan birinin efirində çıxışı zamanı "Azərbaycanın neft sənayesini məhv etməli və nüvə zərbəsi endirməliyik" deyən deputat bu sözlərinə görə peşman olub. 

Delyaqin Azərbaycanla bağlı fikirlərinin yanlış olduğu etiraf edərək, səhvinə görə üzr istədiyini bildirib: "Həm Rusiyada, həm də Azərbaycanda sözlərimdən incimiş adamların hamısından üzr istəyirəm". pizza hut

Qeyd edək ki, Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqin Bakının neft mədənlərinə bomba zərbəsi endirməyi təklif edib. Mixail Delyaqin iddia edir ki, Azərbaycan Rusiya üçün böyük təhlükədir və Bakının cəzalandırılması lazımdır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!