Bakıda ölüm hadisəsi baş verib.
"Yeni Sabah" xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1983-cü il təvəllüdlü Muradlı Elməddin Ədalət oğlunun meyiti yaşadığı ünvanda aşkarlanıb.
Meyitin ilkin müayinəsi zamanı E. Muradlının dəm qazında zəhərlənərək öldüyü müəyyən edilib. pizza mizza
Faktla bağlı araşdırma aparılır. /APA
Telegram kanalımız