Sumqayıt şəhərində dəmir yolu stansiyası ərazisində oğurluq hadisəsi baş verib.
Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Polisə stansiya ərazisindən istismardan çıxarılan relslərin oğurlanması barədə məlumat daxil olub. Dominos pizza
Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə əməli törətməkdə şübhəli bilinən 44 yaşlı A.Paşayev, əvvəllər məhkum olunmuşlar- 22 yaşlı X.Hüseynov, 23 yaşlı X.Ağayev və 26 yaşlı S.Elbruszadə saxlanılıblar.
Araşdırma aparılır.
Telegram kanalımız