Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin mənəvi oğlu Əli Çətin Şenər vəfat edib.
Yenisabah.az xəbər verir ki, onun ölüm səbəbi olaraq Covid-19 göstərilir.
Bu haqda məlumatı DYP-li siyasətçi Muhsin Alnıaçıq verib: "Heç uşaqları olmadığı üçün 8 yaşından etibarən Dəmirəl ailəsinin uşaqları kimi böyüyən, uşaqlıq və gənclik illərini Güniz Məhəlləsində keçirən, evlənsə belə Dəmirəl ailəsinin həmişə yemək göndərdiyi, Dəmirəlin mühasibatlıq məsələsində gözüqapalı güvəndiyi qayını Əli Çətin Şenər tam da Dəmirəllərin nəvə deyə sevdikləri əkizlərin toy hazırlıqları zamanı koronavirus səbəbilə həyata gözlərini yumdu". Pepperoni pizza
Bildirək ki, Nazmiyə Dəmirəlin balaca qardaşı olan Əli, Dəmirəl cütlüyünün övladları olmadığı üçün onların yanında böyüyüb. 8 yaşından etibarən Dəmirəl ailəsinin üzvü olub.
Sayad Həsənli
Telegram kanalımız