Bakı-Abşeron və Sumqayıtda dənizkənarı ərazidə tapılan quş cəsədlərində heyvan xəstəliyi aşkarlanmayıb.
"Yeni Sabah" Report-a istinadla xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Agentliyin regional bölmələri, Bioloji Müxtəlifliyin Qorunması Xidməti və Aqrar Xidmətlər Agentliyinin əməkdaşları Bakı-Abşeron və Sumqayıtda dənizkənarı ərazidə çöl quşlarının tələf olduğu əraziyə baxış keçirilib və müvafiq araşdırmalar aparıb. pizza
AQTA məsələ ilə bağlı quş cəsədlərindən nümunələr götürərək laborator müayinələrə cəlb edib. Aparılan sınaqların nəticələrinə əsasən, hər hansı xüsusi heyvan xəstəliyi halı aşkar edilməyib.
Bununla yanaşı, Xaçmaz rayonunun Niyazabad kəndi yaxınlığında dəniz kənarında quş cəsədlərinə rast gəlinməsi ilə bağlı yayılan məlumatlar aidiyyəti dövlət qurumları ilə birgə araşdırılır. AQTA diaqnostik nümunələr götürərək müayinələr keçirib, nəticələr yaxın zamanda açıqlanacaq.
Telegram kanalımız