“Dəniz Mall”un açılışı təxirə salındı

saytların hazırlanması

Evə çatdırılma

“Dəniz Mall”un açılışı təxirə salındı

İqtisadiyyat

10 Mart 2020 19:38 712


“Dəniz Mall”un açılışı qeyri-müəyyən vaxtadək təxirə salınıb.

"Yeni Sabah" xəbər verir ki, “Dəniz Mall” Ticarət Mərkəzindən verilən məlumatda bildirilir ki, Nazirlər Kabineti yanında operativ qərargah ictimaiyyət üçün 10 mart tarixli açıqlamasında ayrı-ayrı qurumlar və vətəndaşlara yönəlik çağırış və tövsiyələr edib.

“Bu çağırışdan irəli gələrək, eyni zamanda koronavirusun yayılmasının qarşısının alınması sahəsində dövlətin həyata keçirdiyi tədbirlərə dəstək olaraq “Dəniz Mall”un 12 mart tarixinə planlaşdırılan açılışı qeyri-müəyyən vaxtadək təxirə salınıb. Yeni açılış tarixi barədə əlavə məlumat veriləcək”, - deyə məlumatda bildirilir. Toyuqlu pizza

Qeyd edək ki, operativ qərargah koronavirusa yoluxma hallarının qarşısının alınması baxımından ayrı-ayrı qurumları yaxın müddətdə kütləvi tədbir keçirməməyə, artıq təyin olunan tədbirlərin tarixini dəyişdirməyə çağırıb, vətəndaşlara qapalı və adamların sıx toplaşdığı məkanlardan uzaq olmağı tövsiyə edib.  /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!