Siyəzən tərəfdə dənizdə batan ikinci yeniyetmənin meyitinin tapılması ilə əlaqədar olaraq məlumat yayılıb.
Yenisabah.az FHN-ə istinadla xəbər verir ki, 2007-ci il təvəllüdlü Mehdi Manafovun meyiti aidiyyəti üzrə təhvil verilib.
Həmin ərazidə batdığı ehtimal olunan üçüncü şəxsin axtarışları davam etdirilir. Pepperoni pizza
Xatırladaq ki, dənizdə 3 yeniyetmə batıb. M. Manafovdan başqa, Bakı şəhər sakini, 17 yaşlı Nemət Əhmədovun da meyiti bu gün səhər saatlarında dənizdən çıxarılıb.
Hazırda dənizdə boğulan üçüncü yeniyetmə, Zarat kənd sakini Rəvan Bəşirovun axtarışları davam etdirilir.
Telegram kanalımız