Dənizdə batan Zeynəb axtarılır

saytların hazırlanması

Evə çatdırılma

Dənizdə batan Zeynəb axtarılır

Kriminal

11 Avqust 2019 17:19 1784


Dünən Xəzər dənizinin Bakının Nardaran qəsəbəsi sahillərində çimərkən batan 4 uşaqdan birinin axtarışı davam edir.

“Yeni Sabah” Musavat.com-a istinadən xəbər verir ki, 10 yaşlı Zeynəb Cəfərzadədən hələ də xəbər yoxdur. FHN əməkdaşları axtarışları davam etdirir. Bu gün havanın küləkli olması axtarış işlərini çətinləşdirib.

Xatırladaq ki, uşaqlar bir ailənin üzvü olub. Belə ki, dəhşətli faciədə dünyasını dəyişən uşaqların iki bacı, ikisi isə bacı-qardaş olub. Uşaqların valideynləri qardaşdır. Sezar pizza

FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi dənizdə batan 2007-ci il təvəllüdlü Cəfərova Mənsumə Əsəd qızının, 2008-ci il təvəllüdlü Cəfərov Əlirza Əsəd oğlunun, 2011-ci il təvəllüdlü Cəfərzadə Leyla Ramin qızının və 2009-cu il təvəllüdlü Cəfərzadə Zeynəb Ramin qızının axtarışlarına başlayıb.

Onlardan M.Cəfərovanın, Ə.Cəfərovun və L.Cəfərzadənin cəsədləri Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!