Dənizə düşən pilotumuz belə axtarılır –   Video

saytların hazırlanması

Evə çatdırılma

Dənizə düşən pilotumuz belə axtarılır – Video

Kriminal

27 İyul 2019 16:20 1242


Azərbaycan Hərbi Hava Qüvvələrinin qəzaya uğrayan MiQ-29 təyyarəsinin axtarışları havadan və dəniz səthində aparılır.

“Yeni Sabah” xəbər verir ki, əməliyyat-axtarış tədbirlərinə helikopter, gəmi və qayıqlar cəlb olunub.

Eyni zamanda axtarışlarda müasir avadanlıqlarla təchiz edilmiş hərbi texnikalardan, mobil komanda idarəetmə mərkəzindən istifadə edilir. Pepperoni pizza

Təyyarənin qəzaya uğradığı ehtimal olunan ərazi istiqamətində Xəzər dənizinin sahilində əməliyyat qərargahı yaradılıb.

Müdafiə Nazirliyi, aidiyyəti dövlət qurumları və xidmətlərin nümayəndələrinin iştirakı ilə təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov qərargahda olub. Nazirə əməliyyat-axtarış tədbirlərinin gedişatı barədə məruzə olunub.

Qeyd edək ki, iyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Hərbi təyyarə Xəzər dənizinə düşüb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!