Dənizkənarı Bulvar İdarəsinin qanunsuz qazıntı işləri apardığı iddia olunur - Video

saytların hazırlanması

Evə çatdırılma

Dənizkənarı Bulvar İdarəsinin qanunsuz qazıntı işləri apardığı iddia olunur - Video

Maraqlı

19 Dekabr 2023 21:54 1100


Dənizkənarı Bulvar İdarəsinin qanunsuz qazıntı işləri apardığı iddia olunur.

Belə ki, Su İdman Sarayına gedən yolun idarənin əməkdaşları tərəfindən qazıldığı və ərazidə şlaqbaum qoyulacağı deyilir.

Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsindən bildirilib ki, görülən işlər qanunidir, bulvar ərazisindən kənarda iş görülməyib. pizza mizza

Avtomobil Yollarının Mühafizə Xidmətinin rəsmisi isə Baku TV-yə açıqlamasında bildirib ki, sözügedən ərazidə qazıntı işlərinin aparılması qeyri-qanunidir.

“Su İdman Sarayı ərazisində hazırda 1000 parkinq yeri müştərilərimiz üçün təmənnasızdır. Bu ərazidə qoyulacaq parkinq o deməkdir ki, Su İdman Sarayına gələn hər bir şəxs ödəniş etməlidir. Halbuki, biz heç bir müştəridən parkinq üçün ödəniş tələb etmirik”, - Su İdman Sarayının rəsmisi Novruz Novruzov bildirib.

Avtomobil Yolları Dövlət Agentliyi (AYDA) sözügedən ərazinin ümumi istifadədə olan yol olduğunu və bununla bağlı olaraq həmin yolda hər hansı işin aparılması ilə bağlı mütləq şəkildə rəsmi qaydada müraciət edilməsinin vacibliyini qeyd edib.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!