Deputat atasının ölümündən yazdı:   “Böyük təsəllidir”

saytların hazırlanması

Evə çatdırılma

Deputat atasının ölümündən yazdı: “Böyük təsəllidir”

Siyasət

10 Fevral 2026 09:52 426


Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Günay Ağamalı atası Fəzail Ağamalı ilə bağlı paylaşım edib.

“Yeni Sabah” xəbər verir ki, o, sosial şəbəkə hesabında yazıb:

“Atam, Azərbaycan siyasətində və ictimai həyatında özünəməxsus yeri olan Fəzail Ağamalının vəfatı ilə bağlı ünvanladığınız başsağlığı mesajları, zəngləriniz, ziyarətləriniz ailəmiz üçün böyük təsəllidir. Hər birinizə minnətdarlığımızı ifadə edirik. Görkəmli, ictimai-siyasi xadim Fəzail Ağamalı ilə vida mərasimi 10 Fevral saat 12:00 da Heydər Məscidinin qarşında baş tutacaqdır.Dəfndən sonra Heydər Məscidində hüzr mərasimi təşkil olunacaqdır. Mərhumun 3-7 mərasimi 12 fevral, saat 11:00-15:00 aralığında Heydər Məscidində keçiriləcək”. pizza sifarişi

Qeyd edək ki, Ana Vətən Partiyasının keçmiş sədri, Milli Məclisin sabiq deputatı Fəzail Ağamalı fevralın 9-da Türkiyədə vəfat edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!