Deputat Azərbaycan parlamentində bozqurd salamı göndərdi

saytların hazırlanması

Evə çatdırılma

Deputat Azərbaycan parlamentində bozqurd salamı göndərdi

Siyasət

21 İyun 2019 06:20 1758


İyunun 20-də Azərbaycan Milli Məclisində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QDİƏT PM) Baş Assambleyasının 53-cü sessiyası keçirilib. Açılış mərasimində Milli Məclisin sədri Oqtay Əsədov giriş nitqi söyləyib.

“Yeni Sabah” Turkustan.info-ya istinadən xəbər verir ki, sessiyada Türkiyəni təmsil edən parlamentarlardan MHP-çi millət vəkili Cemal Enginyurt özünəməxsus ənənəsini bu dəfə də nümayiş etdirib. Belə ki, dünyanın bir çox ölkələrində tarixi yerlərdə bozqurd işarəti göstərən və ya Bozqurd kimi ulayan Cemal Enginyurt Azərbaycan Milli Məclisində də adətinə sadiq qalıb. O, iclas salonunda əli ilə Bozqurd işarəti tutaraq foto çəkdirib.

Xatırladaq ki, Engin bəy Tanrı dağlarında Bozqurd kimi ulaması ilə yadda qalıb.  Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!